Ağdaş. Elvin Yaqubov - APA. Ağdaş rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, ötən gecə saat 23:30 radələrində Bakı-Qazax avtomobil yolunun Ağdaşın Qaradeyin kəndi ərazisindən keçən hissəsində “Wolksvagen” markalı minik avtomobili yolu keçən piyada, Yevlax rayonu Nəriman kənd sakini, 1981-ci il təvəllüdlü Abdullayev Ağasəf Vahid oğlunu vurulub. A. Abdullayev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.