Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun strukturunda qismən dəyişiklik olunub. APA-nın xəbərinə görə, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qəbul olunan qərarla institutun Geoloji mühitin qammaspektrometriyası şöbəsi ləğv edilərək Geoloji mühitin radiometriyası şöbəsi yaradılıb.
Neft-qaz hasilatı texnologiyası və Qaz-kondensat yataqlarının işlənilməsi şöbələrinin yerinə Qaz-kondensat işlənilməsi və istismarı şöbəsi, habelə Layın fizika və kimyası şöbəsi və Layların neftveriminin artırılması üsulları şöbəsinin əvəzinə Layların neftveriminin artırılmasının fiziki-kimyəvi üsulları şöbəsi təsis olunub.