APA-nın Cənub bürosunun məlumatına görə, hadisə ötən gecə Ələt-Astara magistralının 220-ci kilometrliyində, rayonun Pensər kəndindən keçən hissəsində qeydə alınıb.
Astara rayonunun Təngərud kənd sakini, 53 yaşlı Sənan Məmməd oğlu Nəcəfov idarə etdiyi «VAZ-2106» markalı minik avtomobili ilə Astara istiqamətində hərəkətdə olarkən piyada, rayonun Hamuşam kənd sakini, 21 yaşlı Ayaz Sarvan oğlu Cəbizadəni vurub. Bundan sonra maşın idarəetməni itirərək yolun ehtiyat hissəsində dayanmış, Pensər kənd sakini, 34 yaşlı Loğman Ərəstun oğlu Bayramova məxsus «QAZ-24» markalı, 07 BA 192 dövlət nömrə nişanlı minik avtomobilinə çırpılıb. «QAZ-24» markalı maşın isə güclü zərbənin təsirindən yolun kənarında dayanmış «KamAZ» markalı, 35 BE 133 dövlət nömrə nişanlı yük maşınının altına girib.
Qəza zamanı hər üç avtomobilə ciddi ziyan dəyib, həmçinin piyada A.Cəbizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı onu vurmuş avtomobilin sürücüsü tərəfindən dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb. Burada ona müvafiq tibbi yardım göstərilib və hazırda vəziyyəti stabil qiymətləndirilir.
Hadisə yerində olan yol polisi bölməsinin əməkdaşlarının fikrincə, qəza yüksək sürət səbəbindən baş verib. Hadisənin dəqiq səbəbləri isə aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.
Astarada zəncirvarı qəza baş verib - FOTOSESSİYA - VİDEO
10 mart 2014 07:38 (UTC +04:00)
Hadisə
Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib
14:44
17 may 2024
Gəncədə avtomobil qaçıran şəxs saxlanılıb
14:32
17 may 2024
Milli Koordinatorun insan alveri cinayəti törədənlərin İnterpol xətti ilə axtarışına dair məlumatına aydınlıq gətirilib
12:00
17 may 2024
Qazaxda şirkət əmək hüquqlarının pozulmasına görə 20 min manat cərimələnib
11:56
17 may 2024