Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal avtoriteti qətlə yetirən Güloğlan Abbasovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı isə martın 17-nə təyin edilib.
Qeyd edək ki, avqustun 29-da Güloğlan Abbasov Sabunçu rayonunda kriminal aləmdə “Qara Tofiq” kimi tanınan Tofiq Həsənova “Makarov” tipli tapançadan atəş açaraq qətlə yetirib.