Bakı. Fuad Cəfərov - APA. Bakıda küllü miqdarda ev quşunu oğurlayan şəxslər həbs edilib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 4-də Mürvət Həsənliyə məxsus fermadan 8000 ədəd ev quşunu oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakinləri Cavanşir Kərimov, Mühəddin Cəbiyev və Zakir Sadıxov tutulublar.
Faktla bağlı araşdırma aparılır.