Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Rəcəb Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, R. Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il iyunun 24-də Suraxanı qəsəbəsində yaşayan R. Məmmədov evində münaqişə zəminində dostu Fərhad Mehdiyevi bıçaqla qətlə yetirib.