Bakı. Fuad Cəfərov - APA. Bakıda xuliqanlıq hadisəsi baş verib.
Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Binə qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Elbrus Cavanşir oğlu Əliyev çağırışa gəlmiş Təcili Tibbi Yardım Stansiyasının həkimi Bakı şəhər sakini, Şəfəq Şahmar qızı Alıyevanın boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib.