Bu gün Bakı Apellyasiya Məhkəməsində Bakıdakı "Dəmirçi Plaza"da qətl törədən Elşən Bəşirovun barəsindəki hökmdən verilən şikayət üzrə məhkəmə iclası başa çatıb.
APA-nın məlumatına görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, şikayət təmin olunmayıb.
Qeyd edək ki, "Dəmirçi Plaza" "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə sürücü, Bakı şəhər sakini Elşən Bəşirov tüfəngdən atəş açaraq satış üzrə menecer - paytaxt sakini Əli Ağalını qətlə yetirib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Bəşirov 18 il müddətinə azadlıqdan məhrum edilib. E. Bəşirov barəsində bəraət hökmünün verilməsini istəyib.