APA-nın məlumatına görə, hadisə Naxçıvan şəhərində qeydə alınıb.
Fəridə Camalova həyat yoldaşı ilə aralarında yaranmış mübahisə zəminində intihar məqsədilə özünü yaşadığı binanın 4-cü mərtəbəsindən atıb. Nəticədə ağır xəsarətlər alan qadın xəstəxanaya yerləşdirilib.
Məlumata görə, ər-arvad arasında düşən davaya F. Camalovanın internetdən istifadə etməsi səbəb olub. Belə ki, həyat yoldaşı F. Camalovanı buna görə vurub.
Ərinin ona əl qaldırmasına dözməyən qadın özünü binadan atıb.