Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 2107” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarında olan maneəyə çırpılması nəticəsində sürücü, 1962-ci il təvəllüdlü Muradov Yaşar Faiq oğlu hadisə yerində ölüb. Onun ürək tutmasından idarəetməni itirərək qəza törətdiyi bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.