Göyçay. Elvin Yaqubov - APA. Yuxarı Şirvan su kanalında boğulan 14 yaşlı oğlanın meyiti tapılıb.
APA-nın yerli bürosunun xəbərinə görə, Göyçayın Dövranlı kəndinin sakini 2002-ci il təvəllüdlü Məmmədov Vüqar Elşad oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin Mingəçevir dalğıc-axtarış xilasetmə qrupunun əməkdaşları tərəfindən boğulduğu yerdən 200 metr aralıda tapılıb.
Meyit aidiyyatı üzrə təhvil verilib.
SAAT 16:58
Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda 14 yaşlı yeniyetmə su kanalında boğularaq dünyasını dəyişib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 15:00 radələrində Göyçayın Dövranlı kəndində qeydə alınıb. Kənd sakini 2002-ci il təvəllüdlü Məmmədov Vüqar Elşad oğlu dostları ilə birgə Yuxarı Şirvan kanalında çimərkən suda boğulub.
Kənd sakinləri meyiti kanaldan çıxara bilməyiblər.
Hadisə yerinə FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin Mingəçevir dalğıc-axtarış xilasetmə qrupunun əməkdaşları cəlb edilib.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.