Naxçıvanda 2017-ci il ərzində 13 yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, bunu Naxçıvan Muxtar Respublikası (MR) Daxili İşlər Nazirliyi Kollegiyası iclasında Naxçıvan Muxtar Respublikası daxili işlər naziri Fazil Ələkbərov bildirib.
Qəzalar nəticəsində 12 nəfər ölüb, 7 nəfər isə yaralanıb. 2016-cı illə müqayisədə qəzaların sayı 7 fakt, ölənlərin sayı isə 8 nəfər azalıb.