Lənkəranda bıçaqlanma hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Liman şəhərində olub.
1964-cü il təvəllüdlü Gülbaba Fail oğlu Hüseynov bıçaq yarası ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb.
Hadisəni törədən şəxs və ya şəxslər barədə hələlik məlumat yoxdur.
Faktla bağlı araşdırma aparılır.