Bakı-APA. Dünyanın heç bir xəritəsində tapa bilməyəcəyiniz, yalnız türklərin qəlbində yaşatdığı bir coğrafi məkan var - TÜRKMƏNELİ. İraqda 4 milyona yaxın türkmənin yaşadığı bölgə. Şəki və Naxçıvan ləhcələrinin qarışığı olan bir ləhcədə danışan türkmənlər 100 ilin ən böyük soyqırımı təhlükəsi ilə üz-üzədir. Türkmənelində epidemiya tüğyan edir - İŞİD vəbası. Dini, imanı olmayan, islam pərdəsi altında Qərbin ən böyük antiislam layihələrindən birini həyata keçirən İŞİD türkmənlərə qarşı əsl soyqırımı həyata keçirir. Nəticədə Türkmənelinin ən böyük şəhərlərindən Telaferin yüz minlərlə sakini bu gün qaçqın kimi düşərgələrdə yaşamağa məhkum edilib. Ölüm düşərgələrində. Qəzzada öldürülən körpələr üçün göz yaşı tökən, bayraq endirənlər, yadınıza salıram – türkmənlər də müsəlmandır. Həm də ərəb deyil, tərtəmiz, safqanlı türkdür.
Dünyanın hər yerində etnik azlıqlar üçün dini və milli bayramlar özünütəsdiq forması, özünüqoruma instinktidir. Çində azlıq olan 35 milyonluq uyğurlar üçün bu baxımdan Ramazan bayramının ikiqat əhəmiyyəti var. Elə bu bayramı qeyd etmək üçün uyğurlar hökumət qüvvələri tərəfindən gülləbaran edilib, yüzlərlə uyğur qanına qəltan olub. Qəzzada törədilən vəhşət üçün İsrailə barmaq silkələyənlər, yadınıza salıram – uyğurlar da müsəlmandır. Həm də ərəb deyil, türkdür.
Deyəsən, Türkün doğrudan da Tanrıdan başqa kimsəyə ümidi qalmayıb. Elə ulularımız da bu günü min illər əvvəldən görərək ən böyük duanı Tanrıya edib, Tanrıdan kömək diləyiblər. Gəlin bu gün biz də Türkmənelindəki türkmənlər, Çindəki uyğurlar üçün dua edək – Tanrı Türkü Qorusun!
Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 30 İyul - VİDEO
30 iyul 2014 17:09 (UTC +04:00)
Hadisə
Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib
16:47
21 may 2024
Ağdərədə mina partlayışı nəticəsində mülki şəxs həlak olub
16:04
21 may 2024
Tovuzda evdə yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib
15:11
21 may 2024
Bakıda Hindistan vətəndaşlarını ABŞ-a aparmaq adı altında dələduzluq edilib, pakistanlı saxlanılıb - VİDEO
14:42
21 may 2024