GÜNÜN ŞƏRHİ
“G-20” sammiti planetdə toplanmış gərginlik buxarını azaltmalı idi. Qlobal siyasi və iqtisadi platformalarda üz-üzə gələn, qarşıdurma vəziyyətində olan ölkələrin dövlət başçıları ortaq məxrəcə gəlməli idilər. Amma olmadı. Əksinə, sammitdə və sammitdən sonra verilən bəyanatlar göstərir ki, dünyada stabilliyin bərqərar olacağı gün üfüqdə belə görünmür. Qərb və Rusiya bir-birinin terrorçuluğa qarşı mübarizə üsullarını bəyənmir, əksinə bir-birini terroru gizli himayə etməkdə günahlandırır. Vaşinqton Rusiyanın Əsəd tərəfində döyüşən “Hizbullah” təşkilatına dəstək verdiyinə işarə vurur, Moskva isə “G-20”də terroru dəstəkləyən ölkələr olduğunu deməklə ABŞ-a cavab verir. Bu bəyanatlar söz dueli deyil, gərginliyin daha da artacağına işarədir. Gərginliyin artması isə dünyanın ən müxtəlif ölkələrində terror aktlarının baş verəcəyi, neftin ucuzlaşacağı, dollar istisna olmaqla bütün ölkələrin xarici valyutalarının dəyərdən düşməsi deməkdir. Sammitdən çıxan yekun nəticə budur - dünya iqtisadi böhranın daha bir mərhələsini yaşamağa məhkumdur.
Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 17 Noyabr - VİDEO
17 noyabr 2015 17:12 (UTC +04:00)
Hadisə
Bakıda yol qəzası olub, svetofor yararsız hala düşüb - VİDEO
14:24
27 may 2024
Məhkəmə Ruben Vardanyanla bağlı qərar verib
13:58
27 may 2024
Bakıda supermarketdə spirtli içkiləri sındırmaqda təqsirləndirilən şəxsə cəza istənilib
13:08
27 may 2024
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
12:33
27 may 2024