Naxçıvanda su xəttində qəza olub

Naxçıvanda su xəttində qəza olub
# 27 may 2024 13:51 (UTC +04:00)

Naxçıvan şəhərində su xəttində qəza baş verib, bir neçə küçəyə suyun verilişi dayandırılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu gün günorta saatlarında Naxçıvan şəhərinin Həzi Aslanov küçəsini su ilə təmin edən magistral xətdə qəza vəziyyəti yaranıb.
Qəzaya səbəb kimi qaynaq birləşməsinin sıradan çıxması göstərilir. Borunun partlaması nəticəsində şəhərin H.Aslanov küçəsi, döngə 2, 3, 4, 5-də suyun verilişi müvəqqəti olaraq dayandırılıb.
Naxçıvan Su-Kanalizasiya İdarəsinin əməkdaşları hadisə yerində təmir işləri aparır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR