Şəmkirdə qadını döyüb, gözünə kimyəvi maddə atıblar

Şəmkirdə qadını döyüb, gözünə kimyəvi maddə atıblar
# 05 iyul 2016 21:52 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə qadın döyülüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Qapanlı kənd sakini, 1973-cü il təvəllüdlü Zoya Zeynalova müxtəlif bədən xəsarətləri və gözün kimyəvi yanığı əlaməti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, Z. Zeynalova qonşuları ilə davada döyülüb, gözünə kimyəvi maddə atılıb.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR