Bakı. Hafiz Heydərov – APA. Şirvanda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.
Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə iyunun 24-də Hacıqəhramanlı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini azyaşlı Məhəmməd Muradov elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.