Tovuzda 25 yaşlı qadını əqrəb sancıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Yuxarı Öysüzlü kənd sakini, 1992-ci il təvəllüdlü Züleyxa Məmmədova yarım tikilidə iş görərkən əqrəb onun əlindən sancıb.
Qadın dərhal xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.