Bakı. Şəhriyar Əlizadə -APA. Zərdab və Ağdamda mina tapılıb.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Zərdab RPŞ əməkdaşları tərəfindən rayonun Körpükənd kəndindən 1 ədəd mina tapılıb və ANAMA əməkdaşları tərəfindən partlatma yolu ilə məhv edilib.
Ağdam RPŞ əməkdaşları tərəfindən rayonun Əfətli kəndində 2 ədəd mina tapılaraq ANAMA əməkdaşlarına təhvil verilib.