Müxtəlif vaxtlarda oğurluq edən Bakı sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda Xırdalan şəhəri ərazisində bir evdən 2500 manat dəyərində 2 ədəd televizor, bir köşkdən 800 manat pul, bir evin zirzəmisindən isə velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Bilal Əsədov saxlanılıb.
Araşdırmalarla onun daha bir evdən 4750 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlaması, həmçinin iyulun 31-də Xırdalan şəhəri ərazisindən “Toyota” markalı bir avtomobili qaçırması da müəyyən olunub.