Bank Of Baku

Xırdalanda piyada keçidində intihara cəhdin qarşısı alınıb - YENİLƏNİB-1 - VİDEO

Xırdalanda piyada keçidində intihara cəhdin qarşısı alınıb - YENİLƏNİB-1  - VİDEO
# 31 iyul 2023 12:27 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Abşeron rayonu, Xırdalan şəhərində Bakı-Sumqayıt avtomobil yolunda yerləşən yerüstü piyada keçidinin üzərinə çıxaraq intihara cəhd hadisəsinin video görüntülərini yayıb.

APA həmin görüntünü təqdim edir:

***

11.03

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, 1 nəfərin Abşeron rayonu, Xırdalan şəhərində Bakı-Sumqayıt avtomobil yolunda yerləşən yerüstü piyada keçidinin üzərinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məlumatla əlaqədar dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər vətəndaşla yaxın məsafədən psixoloji söhbət aparmaqla yanaşı xilasetmə yastığı açaraq, zəruri təhlükəsizlik tədbirləri görüblər.
FHN-in xilasediciləri tərəfindən aparılan psixoloji söhbət nəticəsində vətəndaş intihar etmək fikrindən daşındırlıb.

***

10.37

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, 1 nəfərin Abşeron rayonu, Xırdalan şəhərində Bakı-Sumqayıt avtomobil yolunda yerləşən yerüstü piyada keçidinin üzərinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasetmə əməliyyatı davam edir.
Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR