Xudatda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xudat-Nabran yolunun 8-ci km-də qeydə alınıb. Hacıbaba Xanmusayev idarə etdiyi "Nissan" markalı avtomobillə atla hərəkətdə olan 38 yaşlı Bəhruz Bayramovu vurub. B.Bayramov aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
10.27
Xaçmazda ölümlə nəticələnən yol qəzası olub.
APA xəbər verir ki, Xudat-Nabran yolunun Nabran qəsəbəsi ərazisindən keçən hissəsində 1990-cı il təvəllüdlü Hacbaba Xanmusayev idarə etdiyi "Nissan X-Trail" markalı avtomobillə yolu keçən 1985-ci il təvəllüdlü Bəhruz Bayramovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Vəli Turan
Səlcuq Elçin