Sabirabadda bu gün baş verən zəncirvarı yol qəzasında ölən şəxsin kimliyi məlum olub.
APA-nın yerli bürosu xəbər verir ki, qəzada ölən şəxs Salyan sakini, 1990-cı il təvəllüdlü Fazil Sabir oğlu Məhərrəmovdur.
Onun YAP Salyan rayon təşkilatının sədr müavini olduğu bildirilir.
***
18.05
Sabirabad rayonunda ölümlə nəticələnən zəncirvarı yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə Sabirabadın Qaragüney kəndində, Şirvan-Salyan magistralında qeydə alınıb.
"Mercedes" markalı minik və yük maşınlarının, “VAZ-2107” markalı minik avtomobilinin toqquşması nəticəsində 1 nəfərin hadisə yerində öldüyü, 6 nəfərin xəsarət aldığı bildirilir.
Xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.