Bank Of Baku

Yardımlı sakini torpaq uçqunu altında qalaraq ölüb - YENİLƏNİB

Yardımlı sakini torpaq uçqunu altında qalaraq ölüb - YENİLƏNİB
# 29 dekabr 2022 14:36 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yardımlı rayonunun Gavran kəndində 1 nəfərin torpaq uçqunu altında qalması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri uçqun baş verdiyi əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, ərazidə qazıntı işləri aparılarkən torpaq uçqunu baş verib və nəticədə 1 nəfər dərinliyi təqribən 5 metr olan çuxurda uçqun altında qalıb. Həyata keçirilən tədbirlər nəticəsində meyit çuxurdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, bədbəxt hadisə nəticəsində ölən şəxs rayon sakini, 31 yaşlı Vüsal Qüdrətovdur.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***

13.03

Yardımlı rayon sakini quyuya düşüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Yardımlı rayonunun Gavran kəndində qeydə alınıb. 30 yaşlı bir nəfərin quyuya düşdüyü bildirilir.

Hadisə yerinə FHN-in xüsusi riskli xilasetmə qrupu cəlb olunub.

Quyuya düşən şəxsin çıxarılması istiqamətində işlər aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR