Bank Of Baku

Yasamalda evdəki yanğın söndürülüb - YENİLƏNİB

Yasamalda evdəki yanğın söndürülüb  - YENİLƏNİB
# 15 aprel 2023 13:07 (UTC +04:00)

Bakı şəhərin, Yasamal rayonu, Süleyman Rəhimov küçəsində fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

APA xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.

Əlavə məlumat veriləcək.

***

12:45

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu, Süleyman Rəhimov küçəsində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.

APA FHN-in saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR