Bank Of Baku

Yasamalda içində pul olan çantanı oğurlayan qadın tutulub

Yasamalda içində pul olan çantanı oğurlayan qadın tutulub
# 22 aprel 2023 15:03 (UTC +04:00)

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə bir qadına məxsus içərisində 400 manat pul və şəxsiyyət vəsiqəsi olan çantanın oğurlanması barədə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, əməliyyat-axtarış tədbirləri nəticəsində çantanı oğurlamaqda şübhəli bilinən paytaxt sakini G.Talıbova saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR