Bank Of Baku

Yaxın qohumu: Surət Hüseynov hazırda İstanbulda reanimasiyadadır

Yaxın qohumu: Surət Hüseynov hazırda İstanbulda reanimasiyadadır
# 31 iyul 2023 15:11 (UTC +04:00)

Surət Hüseynov İstanbul xəstəxanalarından birində reanimasiyadadır.

Bunu APA-nın qərb bürosuna açıqlamasında sabiq Baş nazirin Gəncədə yaşayan yaxın qohumu Kamal Hüseynov deyib.

Onun sözlərinə görə, Surət Hüseynovun İstanbul aeroportunda səhhətində problem yaranıb və xəstəxanaya yerləşdirilib.

Qohumu bildirib ki, Surət Hüseynovun səhhəti hazırda normallaşıb, müalicəsi davam edir. Onun bu gün İstanbulda başqa xəstəxanaya köçürülməsi gözlənilir.

Qohumu onu da deyib ki, Surət Hüseynov son illərdə davamlı olaraq Türkiyədə yaşayır.

Qeyd edək ki, bu gün Surət Hüseynovun vəfat etməsi barədə məlumatlar yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR