Yevlaxda iki maşın toqquşub, ölən var

Yevlaxda iki maşın toqquşub, ölən var
# 30 sentyabr 2022 12:31 (UTC +04:00)

Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, sentyabrın 29-da saat 10 radələrində Yevlax rayonunun Səmədabad kəndi ərazisində Goranboy rayon sakinləri Z.Cəfərovun idarə etdiyi “Mercedes” və N.Kazımovun idarə etdiyi “VAZ-21214” markalı avtomobillər toqquşub. Nəticədə N.Kazımovun 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Yevlax rayon sakini Valeh Kərimli orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR