Yevlaxda yük maşını nasaz avtomobilini yolun kənarına itələyən şəxsi vuraraq öldürüb.
APA xəbər verir ki, hadisə rayonun Aran kəndində qeydə alınıb.
1998-ci il təvəllüdlü Turxan Abbasov idarə etdiyi "Mercedes Atego" yük maşını ilə 1990-cı il təvəllüdlü Məhərrəm Qurbanzadəni vurub. O, yolda nasaz vəziyyətdə olan avtomobilini yolun kənarına çıxarmaq istəyirmiş.
Məhərrəm Qurbanzadə aldığı xəsarətdən ölüb.
Araşdırma aparılır.