Bank Of Baku

Zabratda açıq ərazidə yanğın baş verib - VİDEO

Zabratda açıq ərazidə yanğın baş verib - VİDEO
# 24 yanvar 2025 13:43 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində təxminən 200 m2 sahədə məişət və təkər tullantıları yanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR