Bank Of Baku

Zabratda şirkət maşını 41 yaşlı qadını vuraraq öldürüb

Zabratda şirkət maşını 41 yaşlı qadını vuraraq öldürüb
# 14 dekabr 2022 17:18 (UTC +04:00)

Sabunçu rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hadisə bu gün səhər saatlarında Zabrat qəsəbəsində qeydə alınıb.

1996-cı il təvəllüdlü Məmmədkərim Cəlilov şirkətlərdən birinə məxsus “Daewo” markalı avtomobillə yolu keçən Sabirabad rayon sakini, 1981-ci il təvəllüdlü Samirə Şəfiyevanı vurub.

Ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən piyada orada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR