Bank Of Baku

Zaqatalada avtomobil teplovozla toqquşub, ölən var - FOTO - YENİLƏNİB

Zaqatalada avtomobil teplovozla toqquşub, ölən var - FOTO  - YENİLƏNİB
# 31 avqust 2026 14:58 (UTC +04:00)

Zaqatalada baş verən qəzada xəsarət alan sürücü ölüb.

APA-nın yerli bürosu xəbər verir ki, bu gün teplovozla "Niva" markalı avtomobilin toqquşması nəticəsində yaralanan 1982-ci il təvəllüdlü Ruslan Balayev xəstəxanada dünyasını dəyişib.

Araşdırma aparılır.

***

12.54

Zaqatalada dəmir yolunda qəza olub.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə Yevlax-Balakən dəmiryolu xəttinin Zaqatalanın Aşağı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Dəmir yolu keçidindən keçən "Niva" markalı avtomobili teplovozla toqquşub. Nəticədə "Niva"nın sürücüsü xəsarət alaraq Zaqatala xəstəxanasına yerləşdirilib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR