“Azərbaycan və Çin prokurorluqları arasında əməkdaşlıq mövcuddur. Biz bu əməkdaşlığın daha da effektiv və səmərəli olması üçün bütün imkanlardan istifadə edirik".
APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev Çin Xalq Respublikasının Ali Xalq Prokuroru Yinq Yonqla görüşü zamanı deyib.
“Əməkdaşlığımızı daha da genişləndirməyi və əlaqələrimizi daha da möhkəmləndirməyi səbirsizliklə gözləyirik. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, ölkələrimiz arasında strateji tərəfdaşlıq mövcuddur”, Baş prokuror Kamran Əliyev deyib.