Bank Of Baku

Ekspert: Qırğızıstan Azərbaycanı özü üçün yenidən kəşf etməlidir

Ekspert: Qırğızıstan Azərbaycanı özü üçün yenidən kəşf etməlidir
# 31 avqust 2026 15:15 (UTC +04:00)

Qırğızıstan Azərbaycanı özü üçün yenidən kəşf etməlidir.

Bunu APA-ya açıqlamasında Qırğızıstan Respublikası Prezidenti yanında Milli Strateji Tədqiqatlar İnstitutunun (MSTİ) direktorunun ictimai əsaslarla müşaviri, Analitika və Koordinasiya İşi Şöbəsinin eksperti Temirlan Razbayev bildirib.

“Qırğızıstanla Azərbaycan arasında münasibətlər həmişə qardaşlıq münasibətləri olub. Ölkələr müstəqillik əldə etdikdən sonra münasibətlər indiki mərhələdə olduğu kimi deyildi. İnteqrasiya prosesi başlayıb və bütün Mərkəzi Asiya ölkələrində, eləcə də Azərbaycanda olduğu kimi, ümumi strateji maraqlar meydana çıxıb. Bu, yalnız başlanğıcdır. Qırğızıstan Azərbaycanı özü üçün yenidən kəşf etməlidir – həm turizm sektoru kimi, həm innovasiya mərkəzi kimi, həm də tərəfdaşlıq mərkəzi kimi. Buna görə də hesab edirəm ki, bu, yalnız başlanğıcdır və gələcəkdə birgə fəaliyyətlə bağlı daha çox proqramlar qəbul ediləcək”, - Temirlan Razbayev qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR