Bank Of Baku

Çin Ali Xalq Prokuroru: Azərbaycan və Çin yaxşı dost, etibarlı tərəfdaşdır

Çin Ali Xalq Prokuroru: Azərbaycan və Çin yaxşı dost, etibarlı tərəfdaşdır
# 31 avqust 2026 12:59 (UTC +04:00)

Azərbaycan və Çin prokurorluqları arasında imzalanan Anlaşma Memorandumu ikitərəfli əməkdaşlığımızda yeni bir mərhələnin başlanğıcı olacaq.

APA xəbər verir ki, bunu Çin Xalq Respublikasının Ali Xalq Prokuroru Yinq Yonq Baş Prokuror Kamran Əliyevlə görüşdə deyib.

O, vurğulayıb ki, Çin və Azərbaycan yaxşı dost və etibarlı tərəfdaşdırlar:

"Ölkələrimizin prokurorluq orqanları arasında əməkdaşlıq strateji tərəfdaşlığımızın mühüm tərkib hissəsidir. Bir qədər əvvəl Azərbaycanın Baş prokuroru Kamran Əliyev məni Prokurorluğun yaradılmasının 100 illiyi münasibətilə təsis edilmiş yubiley medalı ilə təltif etdi. Bu, Azərbaycan Baş Prokurorluğunun Çin prokurorluğu ilə çox dərin dostluq münasibətlərinə malik olduğunu və iki qurum arasında əməkdaşlığa böyük əhəmiyyət verdiyini göstərir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR