Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Balakən rayonu, Katex kəndində bir nəfərin sel gəlməsi səbəbindən çayda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində çayda köməksiz vəziyyətdə qalan vətəndaş – 1985-ci il təvəllüdlü Ramiz Şaban oğlu Asxabov xilas edilib.
***
16.44
Zaqatala sakini Katex çayının kənarında sel basan ərazidə köməksiz qalıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, həmin şəxsin Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşı Ramiz Asxabov olduğu bildirilib.
Katex çayının kənarında sel basan ərazidə köməksiz qalan şəxs FHN-nin əməkdaşları tərəfindən xilasd edilib.