Bank Of Baku

Zaqatalada ov tüfəngi ilə ehtiyatsız davranan kişi ölüb

Zaqatalada ov tüfəngi ilə ehtiyatsız davranan kişi ölüb
# 26 dekabr 2022 22:40 (UTC +04:00)

Zaqatalada meşədən kişi meyiti tapılıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, meşəlik ərazidə kənd sakini 1994-cü il təvəllüdlü Cavidan Muradovun ov tüfəngindən açılan atəş nəticəsində ölməsi barədə polisə məlumat daxil olub.

Araşdırma zamanı C. Muradovun ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR