Bank Of Baku

Zaqatalada şəlaləyə gedərkən itkin düşmüş Bakı şəhər sakinləri tapılaraq xilas edilib - YENİLƏNİB - VİDEO

Zaqatalada şəlaləyə gedərkən itkin düşmüş Bakı şəhər sakinləri tapılaraq xilas edilib - YENİLƏNİB  - VİDEO
# 24 iyul 2023 23:27 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, dünən səyahət məqsədilə gəldikləri Zaqatala rayonunda dağlıq-meşəlik ərazidə yolu azan və köməksiz vəziyyətdə qalan 2 nəfər Bakı şəhər sakini Zaqatala Rayon Polis Şöbəsinin, eləcə də digər aidiyyəti qurumların əməkdaşlarının birgə iştirakı ilə çətin relyefli dağlıq ərazidən təxliyyə olunublar. Onlar polis əməkdaşlarının da iştirakı ilə xəstəxanaya aparılıblar və tibbi müayinədən keçiriləcəklər.

***

Saat 23:10

Zaqatalada şəlaləyə gedərkən yüksək dağlıq-meşəlik ərazidə itkin düşən Bakı şəhər sakinləri düşdüyü dərədən çıxarılıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, ötən gün günorta saatlarında rayonun Qəbizdərə kənd inzibati ərazisinin yaxınlığında Zaqatala Dövlət Qoruğu ərazisində yerləşən şələləyə gedərkən yolu azıb dərəyə düşən Bakı şəhər sakinləri 27 yaşlı Əli Əlizadə və 24 yaşlı Əbdül Rzayev artıq ərazidən çıxarılıb və rayon mərkəzinə gətirilirlər.

Əli Əlizadə və Əbdül Rzayev müayinə edilmək üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR