Bank Of Baku

Zaqatalada yol qəzasında 2 nəfər xəsarət alıb

Zaqatalada yol qəzasında 2 nəfər xəsarət alıb
# 22 aprel 2026 14:17 (UTC +04:00)

Zaqatalada avtomobil piyadanı vurub, daha sonra yol kənarında dayanan avtomobilə çırpılıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Zaqatala-Qax avtomobil yolunun Zaqatalanın Çobankol kəndi ərazisindən keçən hissəsində baş verib. Avtomobil yolu keçmək istəyən 63 yaşlı Tərlan Şabanovu vurub. İdarəetmədən çıxan avtomobil yol kənarında dayanan digər minik avtomobilinə çırpılıb.

Xəsarət alan T. Şabanov və avtomobildə olan sərnişin, 70 yaşlı Xalidə Əliyeva Zaqatala Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR