Bank Of Baku

Zaqataladakı qəzada xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB

Zaqataladakı qəzada xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB
# 03 iyul 2026 23:09 (UTC +04:00)

Zaqatalada baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.

APA-nın yerli bürosu xəbər verir ki, yaralananlardan üçü, o cümlədən bir azyaşlı eyni ailənin üzvləridir.

Xəsarət alanlar “VAZ-2106” markalı avtomobilin sürücüsü, Zaqatala rayonunun Çobankol kənd sakini, 1984-cü il təvəllüdlü Fuad Akif oğlu Məmmədov, onun 2020-ci il təvəllüdlü azyaşlı övladı Yağmur Məmmədova, anası, 1959-cu il təvəllüdlü Ağsurə Məhəmməd qızı Məmmədova, həmçinin “KIA” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Əli Ərəstun oğlu Muxtarovdur.

Yaralıların müalicəsi Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunda davam etdirilir.

***

20:56

Zaqatalada iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində baş verib.

İlkin məlumata görə, "KIA" və "VAZ-2106" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bildirilib ki, xəsarət alanlardan biri Bakı şəhər sakini, digər üç nəfər isə Zaqatala rayon sakinidir. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.

Hazırda onlara ilkin tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR