Bank Of Baku

Zərdabda maşın dirəyə çırpılıb, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Zərdabda maşın dirəyə çırpılıb, ölən və xəsarət alanlar var - FOTO  - YENİLƏNİB
# 06 avqust 2026 19:01 (UTC +04:00)

Zərdabda baş verən yol qəzasında xəsarət alan 2 nəfər (qadın) Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozları təyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda pasiyentlərin Bakı şəhərinə təxliyə olunması üçün tədbirlər görülür.

***

16:37

Zərdabda yol qəzası olub, ölən və xəsarət alanlar var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Məlikumudlu kəndində baş verib.

"Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq işiq dirəyinə çırpılıb. İlkin məlumata görə, hadisə nəticəsində 1 nəfər - Leyla İsmayılova ölüb, iki nəfər - Şəfaqət İsmayılova və Aybəniz İsmayılova xəsarət alıb.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR