Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində koronavirus testi müsbət çıxmış və ev şəraitində müalicə təyin edilmiş rayon sakini Nazim Həsənovun karantin qaydalarına zidd davranaraq müalicə aldığı ünvanı tərk etdiyi müəyyən olunub. Həmin şəxs rayon ərazisində aşkarlanıb və yaşadığı ünvana geri qaytarılıb.
Faktla əlaqədar N.Həsənov barəsində Zərdab RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.
Zərdabda yaşadığı ünvanı tərk edən “COVID-19” xəstəsi müəyyən edilib
18 avqust 2021 10:17 (UTC +04:00)
Hadisə
MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisi həbs edilib
12:19
3 may 2024
Gəncədə məktəbli bıçaqlanıb - YENİLƏNİB-1
11:50
3 may 2024
Xətai rayonunda kəsici-deşici alətlərin satışının qarşısı alınıb
11:31
3 may 2024
Biləsuvarda iki nəfərdə 9 kq narkotik aşkarlanıb
11:28
3 may 2024