Zərdab şəhəri, Etibar Həsənov küçəsində ikimərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Əlavə məlumat veriləcək.
***
19.08
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Zərdab şəhəri, Etibar Hüseynov küçəsində ikimərtəbəli yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.
FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.