Bank Of Baku

Zərdabda yol qəzası olub, xəsarət alanlar var - FOTO

Zərdabda yol qəzası olub, xəsarət alanlar var - FOTO
# 31 dekabr 2025 19:43 (UTC +04:00)

Zərdabda yol qəzası olub, xəsarət alanlar var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Kürdəmir-Zərdab avtomobil yolunun Zərdab rayonunun Qaravəlli kəndindən keçən hissəsində baş verib.

İki minik maşınının toqquşması nəticəsində 8 nəfər xəsarət alıb. Xəsarət alanlar Zərdab rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan 4-nün durumu orta-ağırdır, yüngül xəsarət alan 4 nəfər isə həkim müayinəsindən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR