Bank Of Baku

Zərdabda yol qəzasında 4 nəfər xəsarət alıb - FOTO

Zərdabda yol qəzasında 4 nəfər xəsarət alıb - FOTO
# 30 oktyabr 2026 11:29 (UTC +04:00)

Zərdabda yol qəzası olub.

APA-nın yerli bürosunun xəbərinə görə, rayon sakini 1951-ci il təvəllüdlü Cavanşir Məmmədovun idarə etdiyi "Opel Astra" markalı avtomobillə, Ağdam sakini 1988-ci il təvəllüdlü İsa Bəxtiyarovun idarə etdiyi "Kia Forte" markalı avtomobil toqquşub.

Nəticədə hər iki sürücü və sərnişin qismində olan Ağdam sakinləri - 1963-cü il təvəllüdlü Vidadi Bəxtiyarov və 2011-ci il təvəllüdlü Tural Bəxtiyarov xəsarət alaraq Zərdab Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR