Bank Of Baku

Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb  - FAKTİKİ HAVA
# 10 iyul 2024 10:15 (UTC +04:00)

İyulun 10-u saat 10:00-a olan faktiki hava açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, iyulun 10-u saat 10:00-a olan məlumata görə gözlənildiyi kimi, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxıb, qısamüddətli leysan xarakterli yağış yağıb.

Düşən yağıntının miqdarı Gədəbəydə 5 mm, Naxçıvan, Şamaxı, Şəmkir, Qusar, Sabirabadda 1 mm-dək olub.

Şərq küləyi iyulun 9-da sarı xəbərdarlığa uyğun olaraq Culfada 17 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da 36, Aran rayonlarında 36-40, dağlıq rayonlarda 29 dərəcəyədək isti olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR