Bank Of Baku

Dağlıq rayonlarda leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Dağlıq rayonlarda leysan yağacaq, çaylardan sel keçəcək  - XƏBƏRDARLIQ
# 30 iyul 2024 16:14 (UTC +04:00)

Azərbaycanın rayonlarında iyulun 31-i əsasən gündüz dağlıq və dağətəyi rayonlarda, avqustun 1-i gündüzdən 2-si səhərədək isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR