Bank Of Baku

Dağlıq rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Dağlıq rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA
# 19 iyul 2026 11:10 (UTC +04:00)

Milli Hidrometeorologiya Xidmətinin iyulun 19-u saat 11:00-a olan məlumatına əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, leysan xarakterli intensiv yağış yağıb.

Xidmətdən APA-ya verilən xəbərə görə, düşən yağıntının miqdarı Ağstafada 15, Balakəndə 11, Zaqatalada 8, Qaxda (Sarıbaş) 7, Gədəbəydə 6, Tovuz, Ceyrançöldə 2, Göygöl, Daşkəsən, Şəmkir, Şəki, Qusar, Şahdağda 1 mm-dir.
Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 20 m/s-yə çatır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR