Bank Of Baku

Dənizdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA

Dənizdə dalğanın hündürlüyü 3.4 metrə çatıb  - FAKTİKİ HAVA
# 18 dekabr 2024 12:44 (UTC +04:00)

Dekabrın 18-i saat 12:00-a olan faktiki hava açıqlanıb.


APA xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin dekabrın 18-i saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində arabir güclənən qərb küləyi müşahidə olunur.

Sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Bakıda və Abşeron yarımadasında və Qobustanda 20 m/s, Laçında 21 m/s, Goranboyda 19 m/s, Şamaxı, Naftalanda 18 m/s, Kəlbəcər, Şabranda 17 m/s, Zəngilan, Şəkidə 15 m/s, Oğuzda 14 m/s, Mingəçevirdə 13 m/s-yə çatıb.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.4 metrdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR